Yunanıstanda matəm elan olundu

Yunanıstanın baş naziri Aleksis Tsipras daşqınlar nəticəsində həlak olanların xatirəsini yad etmək üçün ölkədə ümummilli matəm günü elan edib.

Milletcilik.az “AMNA” agentliyinə istinadən verdiyi xəbərə görə, televiziya ilə xalqa müraciətində baş nazir ölənlərin ailələrinə başsağlığı verib, təbii fəlakət nəticəsində zərərçəkənlərə hökumət tərəfindən yardım göstəriləcəyini bildirib.

“Bu gün Yunanıstanın çətin vaxtıdır. Biz böyük bir fəlakət yaşayırıq”, deyə A.Tsipras qeyd edib. Onun sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün resurslar səfərbər edilib. Evlərinə ziyan dəyənlərə müvəqqəti sığınacaqlarda yerlər ayrılıb.

Son məlumata əsasən, Yunanıstanda baş verən daşqınlar nəticəsində 14 nəfər ölüb.