Yevlaxda IX sinif şagirdlərinin olduğu mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlardan 5-nin durumu ağırdır

Yevlaxda məktəbliləri daşıyan mikro avtobus qəza törədib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində baş verib.

Aran -1 qəsəbə məktəbinin şagirdlərini sınaq imtahanına aparan mikroavtobus “QAZ-53” markalı yük maşını ilə toqquşub. Toqquşma nəticəsində maşında olan məktəblilər müxtəlif bədən xəsarəti alıblar.

Yaralıların bir qismi Yevlax rayon Mərkəzi Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firdovsu qızı, İlyasov Tavat Səyyaf qızı, Qoşqarlı Əntiqə Qardaşxan qızı və Əhmədov Rəvanın vəziyyəti ağır olaraq qalır.

 

Xəsarət alan məktəblilərin hamısı 2003-cü il təvəllüdlüdür.