Yerevanda küçə alverçiləri etiraz aksiyası keçiriblər

Yerevanda küçə ticarəti ilə məşğul olan şəxslər fevralın 4-də Ermənistan hökumətinin binası qarşısında etraz aksiyası keçiriblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına icazə verilməsini tələb ediblər.

Yerevan meri bu il yanvarın 1-dən küçə ticarətini qanunsuz sayaraq sərt tədbirlər həyata keçirməyə başlayıb.

“Gündə 500 min – 1 milyon dramlıq (1000-2000 dollar – red.) alış-veriş edirik. Zorla özümüzü dolandırırıq. Bizim böyük bazarlara iri həcmdə malla çıxmağa imkanımız yoxdur”, – aksiya iştirakçılarından biri vurğulayıb.

Merin qərarını polis əməkdaşları və meriyanın nümayəndələri birlikdə yerinə yetirirlər. Onlar adamların çox sıx olduğu meydan, küçə və Yerevanın ətrafında küçə ticarətinin qarşısını alırlar.