Yeni ildən Azərbaycana gətirilən aksizli mallar üçün yeni aksiz dərəcələri müəyyən edilib

Yeni ildən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli mallar üçün yeni aksiz dərəcələri müəyyən edilib.

Milletcilik.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”i yeni redaksiyada təsdiq edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra, 2018-ci il yanvarın  23-də qüvvəyə minir.

Qeyd edək ki, alkoqollu içkilər, etil (yeyinti) spirit və tütün məmulatı aksiz vergisinə cəlb olunur.