Yeni Gömrük şefindən anons: ciddi DƏYİŞİKLİK…

Gömrük Komitəsində struktur və kadr islahatları olacaq.

Millətçilik.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömr

ük xidməti general-leytenantı Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ticarətdə aparılan yeniliklər gömrük orqanlarında da yeni-yeni islahatları labüd hesab edir:

“Gömrük orqanlarında şəffaflığın daha da artırılması, büdcə gəlirlərinin formalaşmasında yaxından iştirakındakı çatışmazlıqların aradan qaldırılması məqsədilə bir çox islahatlar aparılacaq. Eləcə də bizim ciddi kadr islahatlarımız olacaq. Gələcəkdə hesab edirəm ki, həm biznes camiəsinin nümayəndələri, həm də gömrükçülər fəaliyyətlərinui qanunla daha mükəmməl tənzimləyəcvəklər”.

Səfər Mehdiyev qeyd edib ki, qanunsuz əməllərin qarşısı qətiyyətlə alınır:

“Bu istiqamətdə müşavirələr keçirilib və məsul şəxslərə xüsusi tapşırıqlar verilib. Bundan sonra da şəffaflıq və Prezidentin apardığı islahatların daha da dərinləşdirilməsi istiqamətində işlər davam etdiriləcək”.