YAXIN GƏLƏCƏYİN DÜNYASI VƏ AZƏRBAYCAN

Yaxın 10 ildə böyük iqtisadi güclərin reytinqində əsaslı dəyişiklik baş verəcək. Çin ABŞ-ı qabaqlayacaq, bu iki güclü dövlət arasında rəqabət bütün dünya üçün əsl sınağa çevriləcək. Eyni zamanda hazırda çoxlarının fikir vermədiyi ölkələr güclənəcək. Bu barədə Almaniyanın “Die Welt” nəşri məlumat verir.

PROQNOZLAR

Dünya iqtisadiyyatında Amerikanın üstünlüyü uzun müddətdir davam edir. Ötən il ölkənin ÜDM-i 20,5 trilyon dollar qiymətləndirilib. Çinin göstəricisi bu rəqəmin üçdə ikisini təşkil edib. Ona görə hələ Amerikaya çatmaq lazımdır. Xatırladaq ki, hələ 10 il əvvəl Çinin iqtisadi gücü Amerikanın göstəricisinin üçdə birini təşkil edirdi. Dolayısıyla, Pekin sürətlə inkişaf edir.

“Allianz” şirkətinin baş iqtisadçısı Lyudovik Subran (Ludovic Subran) 2025-ci ildə Çinin ABŞ-ı üstələyəcəyini proqnozlaşdırır.

Bəzi ekspertlər bunun daha tez baş verəcəyini ehtimal edir. Amma bu, dəqiq 2030-cu ildən tez olmayacaq. Britaniyanın “HSBC” bankının proqnozlarına əsasən, növbəti 10 ildə Çinin ÜDM-i 26 trilyon dollara çatacaq, bu zaman Amerikanın ÜDM-i 25,2 trilyon dollar təşkil edəcək.

Dəyişiklik təkcə qlobal iqtisadi liderlikdə baş verməyəcək. 2030-cu ilədək hazırda planetin yeddinci iqtisadi gücü hesab edilən Hindistan Almaniya və Yaponiyanı geridə qoyaraq, onları üçlükdən sıxışdırıb çıxara biləcək.

Surban hesab edir ki, Cənubi Koreya, Meksika, İndoneziya və Rusiyanın da növbəti 10 ildə top-onluqda möhkəmlənməyə şansı var.  Hər şey valyutaların inkişafından asılı olacaq. Çünki Amerika dollarının revalvasiyası və konkret ölkənin milli valyutasının ucuzlaşması proqnozlarda ciddi dəyişikliyə səbəb ola bilər.

“On ildən sonra reytinq necə olursa olsun, bir məsələ aydındır ki, Asiya iqtisadiyyatı sürətlə inkişaf edir, köhnə sənaye dünyası tədricən mövqeyini itirir”, – deyə ekspert bildirib.

ABŞ və Çin arasında ticarət müharibəsi artıq bir ildən çoxdur davam edir. Münaqişə gah qızışır, gah sakitləşir. “Feri” şirkətinin direktoru Haynz-Verner Rappın (Heinz-Werner Rapp) fikrincə, bunun arxasında böyük geosiyasi rəqabət dayanır və ABŞ-ın növbəti prezidentinin kim olacağından asılı olmayaraq, bu rəqabət davam edəcək.

“Ən pis halda dünya iqtisadiyyatı iki hissəyə parçalana bilər. Bir tərəfdə Çinin, digər tərəfdə ABŞ-ın başçılığı altında iki blok yarana bilər”, – deyə Rapp vurğulayıb.

SİYASİ-İQTİSADİ BLOKLAŞMA

Aydın məsələdir ki, şərti olaraq “Şərq dünyası” adlandırdığımız areal bütünlüklə Çinin təsir dairəsinə düşəcək. Buraya xırda, geridə qalmış dövlətlər, istehsal sənayesi baxımından inkişaf etməyə şansı olan dövlətlərlə (buraya biz Azərbaycanı da aid edirik) yanaşı Rusiya, Türkiyə və İran da daxil olacaq. Çünki öz ÜMD-sinə, istehsal və elmi-texnoloji potensialının perspektivi baxımından Çinə rəqib yalnız ABŞ-dır. “Qərb dünyası” tərəfindən sıxışdırılan Rusiya məcbur olacaq ki, Çinin təsir dairəsinə düşsün. Yalnız bu halda Rusiya ən azından daxili parçalanmadan, iqtisadi kollapsdan xilas ola bilər.

Əlbəttə, bəzi proqnozlara görə, İranda, Türkiyədə və Rusiyanın özündə belə, hakimiyyətə ABŞ-yönlü qüvvələr gələ bilər. Bu cür senari istisna deyil.

Yaponiya isə, çox güman ki, ABŞ-ın təsir dairəsində qalacaq; burada həm ABŞ-ın Okinavadakı hərbi bazası, həm Pekin və Tokio ilə XX əsrdən etibarən oturuşmuş münasibətlər faktoru vardır. Eyni sözü Güney Koreya barədə də demək olar. Yaponiya və Koreya ABŞ-ın başçılıq edəcəyi şərti “Qərb dünyası” təsiri altında olacaq.

Cənubi Qafqaza gəldikdə isə, buradan məhz “Şərq və Qərb dünyalarının” sərhədi keçəcək. Artıq bu geopolitik bölünmənin konturları aydın görünməkdədir. Gürcüstan ABŞ-ın “Qərb dünyasına”, Azərbaycan və Rusiyanın “ermənistan” adlı hərbi bazası isə, “Şərq dünyasının” sərhədləri daxilində olacaqdır.

Niyə Azərbaycanı “Şərq dünyasının” sərhədləri daxilində görürük? Əvvəla, Qərbə arxalanma və bunun əsasında Rusiyanın işğalından (“erməni işğalları”) sovunma siyasəti Əbülfəz Elçibəy iqtidarının nümunəsində iflasa uğradı. Qərb heç bir zaman müsəlman əhaliyə malik Azərbaycanı müdafiə etməyəcək. Burada xristianpərəstlik, ari irqçiliyi, ermənipərəstlik faktorları var. Bu subyektiv faktorlardır.

Obyektiv faktorlar da var. Avropa ölkələri və hətta ABŞ istəməzlər ki, Rusiya ilə hərbi qarşıdurmaya getsinlər. Əgər Gürcüstan-Rusiya, Moldova-Rusiya və Ukrayna-Rusiya qarşıdurmasında Qərb bloku Tblisini, Kişinyovu və Kiyevi rus işğallarından müdafiə edə bilmədisə, müsəlman və türk Azərbaycanı necə müdafiə edəcək?

Azərbaycanın balanslı siyasəti və özünü müasir multikultural dövlət kimi göstərməsi də Qərbin böyük dövlətlərinin bizə münasibətlərinin dəyişməsinə gətirib çıxarmayacaq. Konturları cızılmaqda olan “Şərq dünyasında” yerləşərək Azərbaycanın “Qərb dünyasına” mühüm strateji “körpüsü” məhz İsrail olacaqdır. Özü də bu “körpü” rəsmi Bakını amorf Avropa Birliyi siyasi dairələri ilə deyil, “Qərb dünyasının” başında duran ABŞ-ın anqlo-sakson elitası ilə güvənli bağlantısını təşkil edəcəkdir, necə ki, indi də edir…

Bu düzümdə “ermənistan” adlı Rusiya hərbi bazası daha sərfəli mövqe əldə edir. Erməni qüvvəsi həm “Şərq” və həm də “Qərb” stullarında otura biləcək. İrəvana və ermənilərə nəzarət uğrunda Moskva ilə Vaşinqton arasında necə bir savaşın getdiyi indidən aydın görünür. Cənubi Qafqazda Rusiyanın yeganə və ən böyük hərbi bazası məhz, “ermənistan” adlandırılmış ərazidədir. Cənubi Qafqazda ABŞ-ın sayca ən böyük diplomatik korpusu da buradadır. Beləliklə, “ermənistan” və ermənilər istər Rusiya, istərsə ABŞ üçün önəmli strateji faktorlardır. Ermənilər də öz vacibliklərini dərk edərək bundan öz milli maraqları üçün maksimal istifadə edirlər.

RİSKLƏR VƏ ÇIXIŞ YOLU

Qərb və Şərq qarşıdurmasında Azərbaycanın yerləşdiyi məkan və erməni işğalları ciddi risklər yaradır. ABŞ, ümumilikdə “Qərb dünyası” Çinin hegemonluğuna sığınmış Rusiyanı ciddi problemlərlə cəzalandırmağa çalışacaq. Bu yöndə siyasi intriqalara Rusiya-Türkiyə strateji partnyorluğu tuş gələ bilər. Rusiya və Türkiyə münasibətlərində ən zəif yerlərdən biri məhz Azərbaycandır. Qərb siyasi dairələri Qarabağ məsələsini kəskinləşdirərək Rusiya-Türkiyə münasibətlərində ciddi problem yarada bilərlər. Necə?

Sadəcə, “Qərb dünyasına” daxil və ya satellit dövlətlərdən biri günün bir günü “arsax respublikası” adlı qondarma qurumu de-yure tanıya bilər. Nəticədə, Azərbaycanın artıq ATƏT-in Minsk qrupu formatında problemin həllinə ehtiyac daha qalmayacaq. Azərbaycanın yeganə yolu hərbi əməliyyatlarla işğalçılığa son qoymaqdır və ya ərazisinin de-yure itirilməsi ilə razılaşmaq məcburiyyətində qalmaq. Hərbi əməliyyatlara başlamaq üçün yeganə mümkün siyasi dəstək Türkiyə olacaq. Problemin hərbi müstəviyə keçməsi Rusiya ilə Türkiyənin münasibətlərinin kəskinləşməsinə gətirib çıxara bilər. Elə, “Qərb dünyasının” istədiyi də budur. Beləliklə, bütün bu mümkün risklərdən qaçmaq üçün Azərbaycan yeni dünya düzümündə çoxvektorlu strategiyasını qurmalıdır.

Rəsmi Bakı siyasi durumu nəzərə alaraq ya rəsmi, ya da qeyri-rəsmi formada (QHT, hər hansı bir millətçi müxalif siyasi partiya, ictimai xadim və s.) dünyaya, ilk növbədə ABŞ-a və Rusiyaya mesaj verməlidir ki, “arsaxın” de-yure tanınması qaçılmaz müharibə və bu müharibənin “son azərbaycanlı və ya son erməniyədək” davam edəcəyi anlamına gələcəyi demək olacaq. Yəni, “arsaxın tanınması” Azərbaycanı məcbur edəcək ki, “torpaqlarımızın azadlığı uğrunda müharibəni III dünya müharibəsinə çevirəcəyik” prinsipini əsas tutsun.

İkincisi, yenə də yarımrəsmi və ya qeyri-rəsmi səviyyədə dünyaya mesaj verilməlidir ki, hər hansı bir dövlət tərəfindən “arsaxın tanınması” İspaniyada Kataloniyanın, Fransada Korsikanın, İngiltərədə Şotlandiyanın, Rusiyada milli-azadlıq uğrunda mühacirətdə məskunlaşmış qüvvələrin, Serbiyada Kosovanın, Çində Uyğurustanın və Tayvanın, həmçinin dünyanın hər hansı bir güşəsindəki separatçı hərəkat və ərazinin de-yure olaraq rəsmi Bakı tərəfindən tanınmasına gətirib çıxara bilər. Yəni, Azərbaycan “məni dəfn edirsinizsə, qəbirə özümlə sizi də aparacağam” prinsipini əsas tutacaq.

Üçüncüsü, Rusiyanın mümkün hərbi müdaxiləsinin və Qərbin Azərbaycan əleyhinə tədbirlərini önləmək üçün Azərbaycan düşmənin canlı qüvvəsiinin kütləvi məhvinə səbəb olacaq silah növləri ilə hərbi arsenalını genişləndirməlidir. İlk növbədə, dağlıq zonalarda belə bütöv kənd, qəsəbə və ya “stepanakert” kimi şəhərcikləri yer üzündən silə bilən raket və aviabombalar nəzərdə tutulmalıdır. Çox yaxşı olar ki, düşmənin atəşkəsi pozmasından və d. səbəblərdən istifadə edərək, əyani şəkildə düşmənin işğal altındakı bir məntəqəsini silməklə bütün dünyaya qətiyyətimizi nümayiş etdirmək. Bunu indidən etmək lazımdır və bütün dünyaya mesaj vermək lazımdır ki, “biz deyən olmasa, işğalçıların aqibəti bundan da dəhşətli olacaq”.

Qarxunlu

“Millətçilik” qəzeti