Yaponiyada kimya zavodunda partlayış baş verib

Yaponiyanın mərkəzi hissəsində yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Partlayış Fuci şəhərində yerləşən “Arakawa Chemical Industries Ltd.” şirkətində baş verib.

Məlumata əsasən, partlayışdan sonra zavodda yanğın başlayıb. Yerli hakimiyyət orqanları yaxınlıqda yaşayan sakinlərin təxliyəsini elan edib.

Zavodun printerlər üçün kağız və boya istehsal etdiyi bildirilir.