YAP Salyan və İsmayıllıda görüşlər və mitinq keçirib

Azərbaycanda keçiriləcək 11 aprel prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının Təbliğat qrupu rayonun Şorsulu kəndində partiya tərəfindən prezidentliyə namizəd irəli sürülmüş İlham Əliyevin təbliğatına həsr olunmuş görüşlər keçirib.

yap salyan ve ismayillida gorusler ve mitinq kecirib

Milletcilik.az-ın məlumatına görə, görüşdə Milli Məclisin deputatı Əliağa Hüseynov, YAP Salyan rayon Təşkilatının sədri Rəşad Cəbraylov, YAP Salyan rayon Təşkilatının icra aparatının rəhbəri Mirzə Mirzəyev, Əməkdar müəllim Yaqut Ələsgərova, rayon ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, YAP Salyan rayon Təşkilatı İdarə Heyətinin üzvü Əbülfət Bədəlov, Təbliğat Qrupunun üzvü Rüstəm Məlikov və YAP Salyan rayon Təşkilatı Təbliğat Qrupunun üzvü Sahib Həsənov çıxış ediblər.

YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi də prezidentliyə namizəd İlham Əliyevin təbliğat –təşviqat kampaniyası çərçivəsində mitinq-konsert keçirib. YAP Mərkəzi Seçki Qərargahının üzvləri – Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov, Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, partiyanın Qadınlar Şurası İdarə Heyətinin üzvü Rəna Əliyeva çıxış edərək qeyd ediblər ki, bu gün İlham Əliyevin həyata keçirdiyi uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir.