Xocəsəndə dostlar arasında bıçaqlaşma olub

Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1971-ci il təvəllüdlü Seyfəddinov Əlifağasərxoş vəziyyətdə olan dostu tərəfindən bıçaqlanıb.

Yaralı Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. Hazırda S.Əlifağanın vəziyyəti qənaətbəxşdir.