Xaricilərin Azərbaycan banklarındakı əmanətləri ötən ay 17% artıb

Bu ilin sentyabr ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 123,7 mln. manat və ya 17,4% artaraq oktyabrın 1-nə 835,7 mln. manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Artım həm həm xarici, həm də yerli valyutada yerləşdirilən əmanətlərdə qeydə alınıb. Qeyri-rezindetlərin sentyabr ayı ərzində manatla əmanətləri 68,8%, dollarla əmanətləri isə 10,8% artıb.

Oktyabrın 1-nə əsasən, qeyri-rezidentlərin banklardakı əmanətlərinin 699,5 mln. manat və ya 83,7%-i xarici, 136,2 mln. manat və ya 16,3%-i milli valyutada yerləşdirilib.

Bildirək ki, 2018-ci il oktyabrın 1-nə əsasən, fiziki şəxslərin banklardakı cəmi əmanətləri 8 199,1 mln. manat təşkil edib ki, bunun da 7 363,5 mln. manatı rezident, 835,7 mln. manatı qeyri-rezidentlərin əmanətləridir.