Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı

ərbaycanda polis şöbələrindən birinin rəisi vəzifəsindən azad edilib.

Millətçilik.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirov işdən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Şövkət Hüseyinova