Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabr ayının 27-də Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qəbul Gəncə Şəhər Polis İdarəsinin inzibati binasında keçiriləcək.