“Ovcumuzdakı xətt və işarələr nədən xəbər verir?”

Onun barəsində 20 ildən çoxdur ki, eşidirik. Azərbaycanda ilk və yeganə
xiromantdır ki, insanın ovcuna baxıb onun həyatını dəqiqliyi ilə oxuya bilir.
Bundan başqa, insanların həyatlarında baş vermiş və olacaq hadisələri
hesablayaraq bildirə bilir. Buna isə numerologiya və ya əbcəd elmi deyilir. Onun
bu sahədə bacarığı qeyri-adiliyi ilə seçilir. Xiromant psixoloq Vahid Məcidov ona
müraciət edən insanlara ugurlu ailə həyatı qurmaqda, ugurlu biznes fəaliyyəti ilə
məşğul omaqda və ailələrinin dağılmaması üçün öz tövsiyələrini verir və köməklik
göstərir. Əziz oxucular, əvvəl sizləri bu qeyri-adi bacarığı olan şəxslə tanış edək.
Dosye:
Vahid Məcidov – 1969 – cu ildə Quba rayonunun Səbətlər kəndində doğulub. Orta
məktəbi əla qiymətlərlə oxuyub, oxuduğu 10 il ərzində bir dəfə də olsun dərs
buraxmayıb, məktəbin ən aparıcı şagirdlərindən biri olub. 1986-88-ci illərdə
Ukraynanın Nikolayev şəhərində, zenit-raket xüsusi hərbi hissəsində xidmət etmiş,
hərbi hissənin ən populyar əsgəri kimi ad qazanmış, müxtəlif mükafatlar almışdır.
Polkun komandiri polkovnik Ctesenkonun – Sumqayıt hadisələri ilə bağlı
“azərbaycanlılardan silahları geri alın” əmrinə qarşı təkbaşına qızğın mübarizə
apararaq yenidən silahları Azərbaycan əsgərlərinə paylatmağa nail olmuş və hərbi
hissədən eməni əsilli “zampolit” mayor Davtyanı qovlamağa müvəffəq olmuşdur.
Ailəlidir.Qarabağ hadisələri onu 1990-cı ildə Moskva Dövlət Universitetinin Jurnalistika
fakultəsini, 1993- cü ildə isə İncəsənət İnstitutunun rejissorluq fakultəsini tərk
etmək məcburiyyətinə qoyub.1991-94-cü illərdə “Bakı Xalı Şirkəti”ndə xalça ustası kimi fəaliyyət göstərmiş,həmçinin, xalça iplərinin təbii yolla rənglənməsi işi də Vahid Məcidovun
öhdəsində olub. Bu bacarığına görə, 1992-ci ildə AzTv-nin sifarişi ilə sənədli filmə
çəkilib. Yeri gəlmişkən, V. Məcidov tanınmış rəssamlar Tahir və İmran
Məcidovların qardaşıdır.1995 – 2005-ci illərdə ailəsi ilə birgə Rusiyanın Nijnıy Novqorod şəhərindəyaşayıb. Bu illərdə Vahid Məcidov xiromantiya və parapsixologiya sahəsinə
mükəmməl yiyələnmişdir.2009 – cu ildə Bakı Psixologiya Mərkəzində 2 illik ümumi psixoterapiya kursukeçib. Bu illərdə həm də Bakı İqtisad Universitetini uğurla oxuyub başa vurub.2007-ci illərdən xiromantiya üzrə populyarlaşan Vahid Məcidov bir sıra
telekanalların diqqətini özünə çəkərək müxtəlif sınaqlardan çıxaraq verilişlərə
dəvətlər almağa başlayıb.“Sirli aləm” elmi-psixoloji-parapsixoloji silsilə verilişinə əsas iştirakçı eksperti kimi dəvət alıb.2014-2015-ci illərdə ANS Tv –də “Məchulu tapın” populyar televiziya verilişinin əsas aparıcı mütəxəssisi qismində iştirak edib.
2012-ci ildə “İlin Psixoloqu” fəxri diplomu ilə təltif olunub. 2014-cü ildə OPPL-un
fəxri sertifikatları ilə təltif olunub və üzvü seçilib. 2016-cı ildə Kazan şəhərinə
“Biometriya üzrə Beynəlxalq konfrans”a dəvət alaraq mükafatlara layiq görülüb.
Bu sahəyə maraq onda haradan və necə yaranıb? Ümumiiyyətlə, xiromantiya
elmi nə deməkdir, harada yaranıb, bu elmlə ilk məşgul olan insanlar kimlər
olub? Bir az da bu barədə məlumat verək.Xiromantiya elminin əsası Hindistana gedib çıxır. Hətta Hindistanda Mumbayda xiromantiya elmini öyrədən Milli Hindistan Universiteti var. 1940-cı ildən bəri Monrealda (Kanada) hər kəsin təhsil ala biləcəyi Milli Xiromantiya Akademiyası açıldı və hazırda həmin akademiya mövcuddur. Orta əsrlərdə xiromantiya elmi
çox geniş yayılaraq əsas elmlərdən biri sayılırdı və o dövrün aparıcı Avropa
universitetlərində tədris edilirdi. Bu elmlə ilk dəfə Aristotel məşgul olmuşdur.
Bundan başqa, dünyada məşhur xiromantlar Luis Xamon, İohan Filosof (Simon
Şirinq), Con Varner (Xeyro), Adolf De Barol və başqalarının adlarını çəkmək olar.
Vahid müəllimdə bu elmə maraq hələ yeniyetməlik vaxtlarından yaranıb. Heç
yeniyetməlik dövründə xiromantiya adlı elmin oldugunu bilməyə-bilməyə
mafazada vitrində gördüyü əl rəsmi onun diqqətini çəkib və o, özünə də aydın
olmayan bir maraqla bu şəkli alıb. “Sadəcə əllərdəki xətlər məni özünə çəkirdi.
Ovuclardakı xətlərdə bir qeyri-adilik və insanların taleyi ilə bir bağlılıq görürdüm.
Get-gedə bunun elə belə də oldugunu dəqiq bildim. Bundan başqa, mən də həm də
numerologiya ilə, yəni rəqəmlərlə insanın həyatındakı hadisələri hesablaya bilirəm.
Buna da əbcəd elmi deyirlər. Bizim əlimizin içində müxtəlif formalarda işarələr
var və bu işarələrin hər birinin öz açıqlaması var. Bu işarələr bizə həqiqətən də bir
çox məlumatlar verir. Bizim əlimizin forması da bizə xasiyyətimiz, psixoloji
durumumuz, həvəslərimiz, bacarığımız, irəlidə bizi gözləyən bəzi hadisələr barədə
məlumatlar ötürür. Hətta bizə çıxış yolları da göstərir. Keçmişdə buraxdığımız
səhvlər də əlimizdə izlər buraxır. Xiromantiya elminin təlimlərinə görə bir insanın
əllərində hər biri qədimdən bilinən yeddi planetdən birinə aid olan xətlər və hər
barmağımız da yeddi planetdən birinə uyğundur”.

Parapsixoloq, xiromant Vahid Məcidovun bu elmi biliklərindən yararlanmaq
istəyənlər (+99450) 455-57-33 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Sevda Elay Əsgərova