Ukrayna Qarapapaq Türkləri Milli Şurası Azərbaycanın ictimai xadimlərini “Şərəf” ordeni ilə təltif etdi

Ukrayna Qarapapaq Türkləri Milli Şurası Azərbaycanın ictimai xadimlərini “Şərəf” ordeni ilə təltif etdi.

5 mart 2021-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Azərbaycanın 3 nəfər ictimai xadiminin “Şərəf” ordeni ilə təltif edib.

Bu barədə “Yeni Gündəm”-ə Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Mətbuat Xidmətindən bildirilib.
Məlumatda deyilir: 5 mart 2021-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov Azərbaycan yazıçısı Kərimli Tağı Arzuman oğlunun, ictimai xadim Orucova Günay İlham qızının və ictimai xadim, siyasi analitik və jurnalist Şəfiyev Allahverdi Nadir oğlunun “Şərəf” ordeni ilə təltif edilməsi barədə əmr imzalayıb.