Ukrayna MDB-nin əlaqələndirmə qurumlarını tərk edib

Ukraynanın Belarusdakı səfiri İqor Kizimölkəsinin MDB-nin əlaqələndirmə qurumlarından çıxması prosedurunun başa çatdığını açıqlayıb.

Millətçilik.az bu barədə “İnterfax”a istinadən xəbər verir.

“Biz MDB-nin əlaqələndirmə qurumlarındakı iştirakımıza son qoymuşuq. Elə bilirəm ki, bu proses başa çatıb. Müvafiq sənədi təqdim etmişik, odur ki, məsələ bitdi”, – səfir deyib.

Ukraynalı diplomat hazırda MDB çərçivəsində daha əvvəl imzaladıqları müqavilələrə xitam vermək üçün iş aparıldığını diqqətə çatdırıb.