Türkiyənin xarici işlər naziri: “Yeni dördtərəfli format sülh və sabitliyə töhfə verəcək”

“Bugünkü yeni format tarixi və mədəni bağları olan ölkələr arasında qurulub. Türkiyənin hər üç ölkə ilə ortaq layihələri var və bu dostluq, qardaşlığımız hər gün genişlənir”.

Milletcilik.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, yeni format sülh və sabitliyə töhfə verəcək.