Türkiyənin xarici işlər naziri Bakıya gəlib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.

Milletcilik.az-ın məlumatına görə, M. Çavuşoğlu bu gün Bakıda keçiriləcək Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünə qatılacaq.

Bildirilir ki, görüşdə əsasən, üçtərəfli əməkdaşlıq, ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.