Türkiyənin müdafiə naziri: “Patriot” olmazsa, “Siper” düzəldərik”

“ABŞ-ın istehsal etdiyi “F-35” qırıcıları olmazsa, “Hürkuş”umuz var, öz hərbi təyyarəmizi düzəldərik, düzəldəcəyik”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“Patriot” olmasa, “Siper” düzəldərik. Hava hücumundan müdafiəyə dair öz sistemimizi daha da inkişaf etdirəcəyimizə heç kimin şübhəsi ollmasın”, – deyə nazir vurğulayıb.