Türkiyədən sərt reaksiya: Dərhal həbs edin!

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanda Türkiyə bayrağının yandırılmasına sərt reaksiya göstərib.

Milletcilik.az xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı nazirlik xüsusi bəyanat yayıb:

“Martın 5-də Afinada keçirilən irqçi aksiyada türk bayrağının yandırılmasını qınayırıq. Bayrağımıza qarşı bu mənfur hərəkəti edənlər dərhal həbs edilməlidir”.

Bu məsələ Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan Prezidenti Prokopis Pavlopulosa çağırış edib:

“Yunanıstan prezidentini iki ölkə arasında münasibətləri səbəbsiz yerə gərginləşdirəcək addımlardan imtina etməyə dəvət edirik”.