Türkiyədən İrəvana təyyarə reysinin açılacağı xəbəri yalandı

Türkiyədən Ermənistana təyyarə reysinin açılacağı ilə bağlı xəbərlər doğru deyil. Bu sözləri  Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Türkiyə Hava Yolları” şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycının adından Türkiyədən Ermənistana hava reysinin açılacağı ilə bağlı yayılan açıqlamaya münasibət bildirərkən deyib.

O bildirib ki, məsələ ilə bağlı İlkər Aycı ilə danışıb: “O, belə bir açıqlama vermədiyini dedi. Bu xəbərlər doğru deyil və həqiqəti əks etdirmir”.

Qeyd edək ki,  “Anadolu agentliyi”nin ingilis dili bölməsində noyabrın 24-də Türkiyə Hava Yolları” şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycıya istinadən yayımlanan müsahibədə Ermənistana birbaşa hava reysinin açılacağı bildirilib.