Türkiyədə zəlzələ qurbanlarının sayı 114 nəfərə çatıb

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Millətçilik.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Məlumata görə, təbii hadisə zamanı həlak olanların sayı 114 nəfərə çatıb.

“Zəlzələ zamanı 114 nəfər həlak olub, 1 035 nəfər xəsarət alıb”, – xəbərdə bildirilir.

Xatırladaq ki, oktyabrın 30-da Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub.

Şövkət Hüseyinova