Türkiyədə zəlzələ olub

Türkiyədə 4,8 bal gücündə zəlzələ olub. APA-nın xəbərinə görə, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına əsasən, yeraltı təkanların episentri  Bakı vaxtı ilə 01.16-da Ankaradan 147 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 2 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.