Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 109-a çatdı

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 109-a çatıb.

Bakıxəbər.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Məlumata görə, yaralanan 1 036 sakindən 138 nəfərin müalicəsi davam edir.

16:03

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 107-yə, xəsarət alanların sayı isə 1 027-yə yüksəlib.

Bakıxəbər.az xəbər verir ki, məlumatı “RİA Novosti” yazıb.

13:28

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 105-ə yüksəlib.

Bakıxəbər.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yazıb.

10:12

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 102-yə, yaralananların sayı isə 994-ə yüksəlib.

Millətçiliki.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Məlumata görə, 994 yaralıdan 147-nin müalicəsi müxtəlif xəstəxanalarda davam edir.

Xatırladaq ki, oktyabrın 30-da Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub.

Şövkət Hüseyinova