Türkiyədə mikroavtobusla TIR toqquşub, ölənlər və yaralananlar var

 Türkiyədə mikroavtobusla TIR-ın toqquşması nəticəsində çox sayda insan ölüb və yaralanıb.

Millətçilik.az xəbər verir ki, hadisə Çanaqqala əyalətində baş verib.

Əyalətin Biğa rayonunda fabrik fəhlələrini daşıyan mikroavtobus Yeniceköy yaşayış məntəqəsi yaxınlığında TIR-la toqquşub.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qəzanın səbəbi araşdırılır.