Türkiyədə fahişəliyə cəlb edilən azərbaycanlı qadınlar tutuldu

Türkiyənin Konya şəhərinin Akşehir rayonunda polisin keçirdiyi əməliyyat zamanı aralarında iki azərbaycanlı qadının da olduğu yeddi nəfər saxlanılıb.

Enter.News Türkcənin verdiyi məlumata görə, Ahicelal məhəlləsində azərbaycanlı qadınların fahişəliyə cəlb edilməsi ilə bağlı polisə şikayət daxil olub.

Hüquq-mühafizə orqanları onların qaldığı evə basqın edərək, 61 yaşlı mənzil sahibini, 50 və 23 yaşında olan iki azərbaycanlı qadını, eləcə də, qadınlara görə bura gələn dörd kişini yaxalayıblar.

Faktla bağlı araşdırmalar davam edir.