Türkiyədə avtobus qəzası – 5 ölü, 42 yaralı

Türkiyənin Balıkəsir şəhərində sərnişin avtobusu ağır qəza törədib.

Trend-in məlumatına görə, avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.

Daha 42 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Qəzanın dəqiqi səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma başlayıb.