Türkiyədə arvadı ilə dalaşan azərbaycanlı özünü bıçaqladı

Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşı Neməddin A. özünü bıçaqlayıb.

Milletcilik.az Virtualaz.org-a isdinadən xəbər verir ki, hadisə səhər saatlarında İstanbulun Qasımpaşa məhəlləsində baş verib.

Mənbənin yazdığına görə, o həyat yoldaşı ilə telefonda danışdıqdan sonra özünü qarnından bıçaqlayıb. Yaxınlıqda yaşayan sakinlər yaralının səsini eşidib köməyə gəliblər. O, təcili yardımla xəstəxanaya çatdırılıb.

Polis faktla bağlı araşdırmaya başlayıb.