Türkiyədə ardıcıl iki zəlzələ baş verib

Türkiyədə ardıcıl iki zəlzələqeydə alınıb.

Milletcilik.az-ın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir. 3,0 bal gücündə ilk zəlzələ ölkənin qərbində, Muğla şəhərindən 24 km cənub-şərqdə qeydə alınıb. Onun ocağı 5 km dərinlikdə yerləşib.

İkinci zəlzələ ölkənin şərq bölgəsində, Bingöl şəhərindən 25 km şimalda qeydə alınıb. 3.2 bal gücündə olan yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.