Türkiyədə 6 bal gücündə zəlzələ olub – YENİLƏNİB

“İş yerimdə otağın divarı uçub”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Bozkurt rayon bələdiyyəsinin sədri Birsen Çelik bildirib.

“Bir çox evin divarı çatlayıb, çöküb. Sakinlərə evlərinə girməməsi üçün müraciət edirik. Bir-iki ev uçsa da, ölüm və yaralanma faktı qeydə alınmayıb”, – deyə bələdiyyə sədri vurğulayıb.

KİV-in məlumatına görə, dağıntılar altından çıxarılan sakinlər xəstəxanaya yerləşdiriliblər.


***15:51

Türkiyənin Dənizli əyalətində 6 bal gücündə zəlzələ olub.

“Report” THM-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı Bozkurt rayonunun Armutalanı kəndindən 1,74 km aralıda 7,09 km dərinlikdə yerləşib. Dənizli bələdiyyəsinin sədri Osman Zolan bildirib ki, bəzi binalarda çatlar əmələ gəlib: “İtkilər barədə məlumat yoxdur. Hazırda kəndlərlə əlaqə saxlayırıq”.

Yerli KİV zəlzələ nəticəsində dağılan binaların altında insanların qaldığı haqqında məlumat yayıb.

Xatırladaq ki, bu gün İzmir əyalətində də 5,1 bal gücündə zəlzələ baş verib.