Türkiyə təyyarələri İraqın şimalını bombaladı

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında PKK silahlılarına qarşı növbəti əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyatla bağlı Baş Qərargah xəbər yayıb. Məlumata görə, genişmiqyaslı əməliyyatlar Zap, Avaşin, Qara və Metina rayonlarında həyata keçirilib.

Bildirilir ki, əməliyyat çərçivəsində terrorçuların dayaq məntəqələri məhv edilib.

Türkiyə Silahlı Qüvvələri bəyan edib ki, antiterror əməliyyatları davam etdiriləcək.