Türkiyə ordusundan şok əməliyyat: 11 ölü

Türkiyə Silahlı Qüvvələri Hakkari, Ərzincan, Kemah düzənliyi və İraqın şimalındakı Avaşin-Basyan bölgələrində PKK-ya zərbə endirib.

Millətçilik.az xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahından informasiya yayılıb.

Məlumata görə, 21-22 iyul tarixlərində həyata keçirilən hava əməliyyatları zamanı terror qruplaşmasının 11 üzvü məhv edilib.