Türkiyə Müdafiə Nazirliyi “Qış-2021” təlimlərindən görüntülər yayıb

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərdən yeni görüntülər yayıb.

Millətçilik.az xəbər verir ki, video nazirliyin tvitter səhifəsində paylaşılıb.

“Qəhrəman tankçı və topçularımız hədəfləri dəqiq zərbələrlə məhv edir”, – nazirlikdən bildirilib.