Tramp: “Suriyadakı vəziyyətlə əlaqədar hərbi variantlarımız çoxdur”

Suriyanın Duma şəhərində həyata keçirilən kimyəvi hücumla bağlı rəsmi Vaşinqtonun hərbi variantları çoxdur

Milletcilik.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Hərbi cəhətdən planlarımız çoxdur. Bu barədə tezliklə xəbər veriləcək”, deyə D.Tramp bildirib.