Tramp Putinlə görüşdə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi mövzusuna toxunub

ABŞ prezidenti Donald Tramp Vyetnamda Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi mövzusuna toxunub.

Milletcilik.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

D.Peskov qeyd edib ki, Rusiya prezidenti müdaxilənin hətta ehtimalını belə qəti sürətdə rədd edib.