Tramp KXDR-ə qarşı köhnə sanksiyaları ləğv etməyib

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı əvvəlcədən təsdiqlənmiş sanksiyaları ləğv etməyıb.

Millətçilik.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.

Nəşr yazır ki, Tramp KXDR-ə qarşı hələ elan olunmamış məhdudiyyətlərin tətbiqini təxirə salıb.

Qeyd olunur ki, ABŞ hökuməti gələn həftə Şimali Koreyaya qarşı geniş miqyaslı sanksiyalar tətbiq etmək istəyirdi.