Tramp dünyanın ən “qaynar” bölgələrindən birinə səfər etmək arzusundadır

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, dünyanın ən “qaynar” nöqtələrindən birinə getmək istəyir.

Bu barədə Millətçilik.az TASS-a istinadən xəbər verir.

Bildirilir ki, Ağ Ev rəhbəri hərbi əməliyyatların aparıldığı ölkəyə səfər etmək niyyətini nəzərdə tutub. Lakin Donald Tramp məhz hansı ölkəyə getmək istədiyini açıqlamayıb.

ABŞ prezidenti daha əvvəl bildirib ki, Birləşmiş Ştatların dislokasiya olunmuş hərbçilərini ruhlandırmaq üçün hərbi əməliyyat zonalarından birinə getməyi planlaşdırır.