Texasda atışma baş verib: ölən və yaralanan var

ABŞ-ın Texas ştatında atışma baş verib.

Millətçilik.az-ın məlumatına görə, Klivlenddə baş verən hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

İlk atəş səsləri şəhər su kəməri şirkətinin binasının yaxınlığından gəlib. Yerli sakin Pavol Vido qadını qətlə yetirib və iki nəfəri yaraladıqdan sonra qaçmağa cəhd edib.

Polis əməkdaşları cinayətkarı izləyib və saxlamağa cəhd ediblər. Tərəflər arasında yaranan atışma nəticəsində dairə şerifinin köməkçilərindən biri böyün nahiyəsindən yaralanıb və xəstəxanaya yerləşdirilib.

Şübhəli şəxs hadisə yerindən qaçıb. Şerif aparatınını nümayəndəsi Liberti Ken Defoorun sözlərinə görə, axtarışlar davam edir, hücumun motivləri naməlumdur.