Terrorçulardan ETİRAF

Çin əsilli ingilis terrorçu “Tayms” nəşrinə danışıb.

Milletcilik.az xəbər verir ki, YPG-nin (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu –red.) üzvü Huanq Li Afrində Türkiyəni dayandıra bilməyəcəklərini söyləyib.

“Türk birliklərini dayandıra biləcəyimizə şübhə edirəm. Onların tankları, zirehli texnikaları, qırıcıları və peykləri var. Türkiyə böyük bir ölkədir, sanki bir savaş maşınıdır. Biz az vaxt aparsa da, bir gün döyüşü mütləq qazanacaqlar. Bu döyüşü qazana bilməyəcəyik”, – o bildirib.

Xəbərə görə, 15 YPG terrorçusuna rəhbərlik edən 24 yaşındakı Huanq Li Çində doğulub və yeniyetmə yaşlarında İngiltərəyə köçüb. Mançester şəhərində təhsil alan Li 3 ildir terror təşkilatının sıralarında döyüşür.