Tel-Əviv yaxınlığında partlayış baş verib, ölən və yaralananlar var

İsrailin Tel-Əviv şəhəri yaxınlığında inşaat materialları mağazasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

Milletcilik.az-ın məlumatına görə, bu barədə yerli televiziya xəbər verib.

Məlumata görə, xilasedicilər dağıntılar altından 4 nəfərin meyitini aşkar ediblər.

Bundan əvvəl hadisə nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib. Partlayışın səbəbləri barədə hələ ki, məlumat verilmir.  Hadisə yerində xilasedici əməliyyat davam edir.