Tanınmış aparıcıya görə onlar saçını qırxdırdı – Video

Onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış hüquqşünas və aparıcı Zülfiyyə Bayramova kimya terapiyası aldığına görə saçını qırxdırmalı olub.

Millətçilik.az xəbər verir ki, aparıcıya dəstək olmaq məqsədilə həyat yoldaşı, tanınmış aparıcı İlqar Mikayıloğlu, oğlu Nahid, qardaşı, qardaşı övladları və dostları saçlarını keçəl qırxdırıb.

İlqar Mikayıloğlu sözügedən anları videoya alaraq sosial şəbəkələrdə paylaşıb. Yaxınları Zülfiyyə xanımın yanında olduqlarını bildirib.

Video sosial şəbəkə istifadəçilərinin rəğbətini qazanıb və dəfələrlə paylaşılıb.