“Taliban” nümayəndələri Əfqanıstanla bağlı müzakirələr üçün Pakistana gedəcək

“Taliban” hərəkatının nümayəndələri Əfqanıstandakı sülh prosesi ilə bağlı vəziyyəti müzakirə etmək məqsədilə Pakistana gedəcək.

Millətçilik.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Taliban”ın Qətərdəki siyasi idarəsinin rəsmi nümayəndəsi Məhəmməd Sohail Şahin “Twitter” səhifəsində məlumat verib.

“Molla Əbdül Qani Baradarın başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti oktyabrın 2-də İslamabada səfər edəcək”, – deyə o qeyd edib.

M.S.Şahin bildirib ki, nümayəndə heyəti bir sıra vacib məsələlər üzrə ölkə rəsmiləri ilə danışıqlar aparmaq niyyətindədir: “Pakistandakı görüş Rusiya, Çin və İrana səfərdən sonra sayca dördüncü olacaq”.