Tərəfdarları Saakaşvilini xüsusi təyinatlıların maşınından qaçırdı

Ukraynada hüquq-mühafizə orqanları tərəfindən evindən zorla çıxarılaraq aparılan Mixail Saakaşvili sərbəst qalıb. Siyasətçinin tərəfdarları onu xüsusi təyinatlılara məxsus mikroavtobusun içərisindən çıxarmağa nail olub. Saakaşvilinin  tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb.

Hazırda gürcü siyasətçi tərəfdarlarının arasında prezident Poroşenkoya impiçment tələbi ilə yürüyüş keçirir.