Təhsil naziri bu uşağa görə Tovuza adam göndərdi – Foto

Yerdən tapdığı və içərisində 5 min manat olan pulqabını sahibinə qaytaran məktəbliyə təhsil nazirinin hədiyyələri nazirlik əməkdaşları tərəfindən təqdim edilib.

 Millətçilik.az xəbər verir ki, bu münasibətlə Təhsil Nazirliyinin bir neçə əməkdaşı VIII sinif şagirdi İdris Abbasovun təhsil aldığı Tovuz rayonu Əyyublu kənd tam orta məktəbində olub.

Nazir Ceyhun Bayramovun İ.Abbasova hədiyyə etdiyi planşet və kitablar ona öz sinif yoldaşlarının yanında təqdim edilib.

Qeyd edək ki, İ.Abbasov Təhsil Nazirliyinin “Təşəkkürnamə”si ilə də mükafatlandırılıb.