“Şuşanın alınması ayrıca dastandır “-deyən Ali Baş Komandan mətbuat konfransı ilə dünyaya səs saldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 fevral 2021-ci il
tarixdə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bir çox
sahələrə toxunmaqla yanaşı qalib xalqın şanlı Ordusunun şücaətini dillərə
dastan etdi.
Cənab Prezident özünəməxsus qürur hissi ilə bütün dünyaya bəyan etdi
ki,müzəffər Azərbaycan Ordusu qarşısında duran vəzifələrin öhdəsindən
məharətlə gəldi.Müzəffər Ordu hədəfinə çatdı.Hədəf isə ərazi bütövlüyümüzün
bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı.Topraqları
danışıqlar,müzakirə yolu ilə yox ,hərbi yolla azad etdik-deyən cənab Prezident bir
daha vurğuladı ki,biz qisasımızı döyüş meydanında aldıq.Döyüşərək,qan
tökərək,şəhidlər verərək ədaləti bərpa etdik.Şəhidlərimizin qanını yerdə
qoymadıq.
Ölkə başçımız Azərbaycan əsgərinin qəhrəmanlıq səlnaməsindən danışaraq bəyan
etdi ki, Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz
mərdliyi,qəhrəmanlığı,fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində
əldə edə bildik.Müharibənin Azərbaycan Ordusuna yeni təcrübə qazandırdığını
bildirən Prezidentimiz onu da qeyd etdi ki,bizim ordumuz müharibələrdə iştirak
etmirdi.İndi müharibə çox böyük bir təcrübədir.Biz bu təcrübədən düzgün nəticə
çıxarmalıyıq.
Həmçinin Ali Baş Komandan bəyan etdi ki,Vətən savaşındakı qalibiyyətimiz
peşəkar komandanlıq nümunəsidir.Belə ki,vahid komandanlıq,planlaşdırma
olmadan qələbənin əldə olunması mümkünsüz olardı.Bütün elementlərin düzgün
kombinasiyası:kəşfiyyat,artilleriya,pilotsuz uçuş aparatları,ordu korpusları,xüsusi
təyinatlılar qələbəyə gətirib çıxardı.Ölkə başçımız onu da bildirdi ki,zaman
keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq.Amma bizə
məlum olan faktlar da Ordumuzun peşəkarlığı və şücaəti ilə qürur duymağa əsas
verir.
Əldə olunmuş Böyük Qələbədə bütün qoşun növlərinin öz payı olduğunu bildirən
ölkə başçımız 44 günlük Vətən savaşında xüsusi təyinatlıların böyük xidməti
olduğunu da vurğuladı.

Pilotsuz uçuş aparatlarının rolundan danışan cənab Prezident onu da qeyd etdi
ki,bu aparatlar təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil,həm də atəşin təshih
edilməsi funksiyalarını da yerinə yetirirdi.
“Strateji planlaşdırma qələbənin təmin edilməsinin əsas amillərindən
biridir”deyən cənab Prezident bildirdi ki,planlaşdırma düzgün olmasaydı qələbənin
əldə edilməsi çox çətin olardı.Ona görə ki,orada uzunmüddətli istehkamlardan
əlavə təbii relyef də çətinlik törədirdi.
“Şuşanın alınması isə ayrıca bir dastandır” deyərək cənab Prezident bu dastanı
dillər əzbəri etdi və bir daha sübut etdi ki ,Azərbaycan Ordusu tarixi qızıl
hərflərlə yenidən yazdı.
“Demokratik İnkişafın Təşviqi “ İ B sədri ,
hüquqşünas Çingiz Dadaşov .