Suriyadan Reyhanlıya raket atılması nəticəsində yaralıların sayı 46-ya çatıb

Suriya ərazisindən Türkiyənin Hatay vilayəti, Reyhanlı qəsəbəsinə raket atılması nəticəsində yaralananların sayı 46 nəfərə çatıb.

Milletcilik.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 1 nəfərin öldüyü, 32 nəfərin isə yaralandığı bildirilirdi.

Məlumata görə, Türkiyə hərbi aviasiyası terrorçularln mövqelərinə zərbələr endirib.

Qeyd edək ki, ötən gün Suriyanın Afrin bölgəsindən Reyhanlı qəsəbəsinə 3 raket atılıb.