Şri-Lankada teror nəticəsində ölənlərin sayı 321-ə çatıb

Şri-Lankada törədilən terror aktları nəticəsində ölənlərin sayı 321-ə çatıb.

“Report” “RT”yə istinadən xəbər verir ki, partlayışlar zamanı 520-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd edək ki, aprelin 21-də Şri-Lankda kilsə və otellərdə terror aktları törədilib.