Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin sədri layihə çərçivəsində səfərdə olub

Sentyabr ayının18-20 tarixlərində “Aztəminatlı ailələr üçün kiçik sahibkarlıq subyektlərinin yaradılmasının təşviqi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi” adlı layihə çərçivəsində, Sosial Tərəqqinin Dəstəklənməsi İB-nin sədri Qasım Həsənov İmişli rayonunda hazırlıq səfərində olub. İB-in sədri layihənin icrası ilə bağlı yerli icra orqanının nümayəndələri ilə görüşərək, layihə ilə bağlı həmin qurumun nümayəndələrini məlumatlandırıb. Layihədə iştirak edəcək şəxslərin müəyyənləşdirilməsi istiqamətində qəsəbə və kəndlərə səfər edən layihə rəhbəri, təlimlərdə iştirak edəcək şəxslərin müəyyən edilməsi istiqamətində görüşlər keçirib. Bundan əlavə təlimlərin keçiriləcəyi məkan müəyyən edilib, müqavilənin şərtləri razılaşdırılıb.

Sosial Tərəqqinin Dəstəklənməsi İB-nin Mətbuat Xidməti