Son dərəcə təhlükəsiz kompüter yaradılıb

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Tədqiqatları Agentliyi (DARPA) son dərəcə təhlükəsiz kompüterin yaradılmasına qrant ayırıb. Aparat komponentlərinin yaradılmasına yeni yanaşma təklif etmiş Miçiqan Universiteti sözügedən qrantı alıb.

“ICTnews” Elektron Xəbər Xidməti “safe.cnews.ru” saytına istinadən yazır ki, Miçiqan Universiteti aparat səviyyəsində haker hücumlarına qarşı son dərəcə dayanıqlı olan kompüter yaratmaq üçün DARPA-dan 3,6 milyon məbləğində qrant alıb.

“Morpheus” adlı layihənin ideyası kompüterin proqram və ya aparat təminatına edilmiş istənilən hücum cəhdinin qarşısını almaqdır. “Morpheus” kompüterinin aparat komponentləri müəmmalı bilməcəni xatırladacaq: sistemdə mövcud olan bütün informasiya sürətli və təsadüfi formada müxtəlif komponentlər üzrə yenidən paylaşdırıla bilər.

Miçiqan Universitetinin informatika professoru Tod Ostin deyib ki, “Morpheus” kompüterinə hücum cəhdləri kubik-rubiki yığmaq cəhdini xatırladacaq, bu halda siz hər dəfə göz qırparkən mən onu yenidən dəyişdirəcəm.

Emil Hüseynov