Son 24 saat ərzində Cənubi Koreyada koronavirusa 248 yeni yoluxma hadisəsi qeydə alınıb.

ABŞ-ın Kaliforniya ştatının sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Millətçilik.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Petroliya yaşayış məntəqəsindən 86 kilometr qərbdə olub.

Zəlzələnin ocağı 2,2 km dərinlikdə yerləşib.

Hazırda dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb. Sunami təhlükəsi barədə xəbərdarlıq elan olunmayıb.