Slobodan Pralyak məhkəmə zalında zəhər içdi – YENİLƏNİB

Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında qərar açıqlandıqdan sonra xorvat general Slobodan Pralyak zəhər içib.

Məhkəmə hökmünün qüvvədə qaldığını öyrənən S. Pralyak hakimə “mən hərbi cinayətkar deyiləm” deyərək zəhər içib.

S. Pralyakın vəkili stəkanda zəhər olduğunu təsdiqləyib. Hakim dərhal məhkəməni bağlı elan edib. S. Pralyakın sağlıq durumu haqqında məlumat verilmir.

Qeyd edək ki, S. Pralyak 2013-cü ildə hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Zəhər içən general xəstəxanada dünyasını dəyişib.